ABŞ-nin Dallas şəhərində adi bir məişət hadisəsi atışma ilə nəticələnib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, insident bir qadının digərinə qapını saxladığı üçün təşəkkür gözləməsi, lakin bunun baş verməməsi səbəbindən yaranıb.
Hadisə "PetSmart" mağazasının dayanacağında baş verib. 41 yaşlı Sesiliya Simson bir neçə güllə yarası alıb. Polis məlumatına görə, mübahisə daha əvvəl qonşu Five Below mağazasında başlayıb. Belə ki, Simson qapını 22 yaşlı Keona Zakyu Hempton üçün saxlayıb, lakin o, “təşəkkür” etməyib. Bu, qadınlar arasında söz davasına səbəb olub.
Hemptonu mağazadan çıxardıqdan sonra o, Simsonun avtomobilinə butulka atıb, daha sonra isə tapança çıxararaq ona üç dəfə atəş açıb. Hadisənin şahidi olan tibb bacısı yaralı qadına təcili yardım gələnədək ilkin tibbi yardım göstərib.
Atəş açan Hempton elə həmin axşam avtomobili saxlanılarkən polis tərəfindən həbs edilib. O, Simsonla mübahisə etdiyini etiraf edib, lakin silahı “yalnız vəziyyət fiziki qarşıdurmaya çevrildikdən sonra” çıxardığını bildirib.
Nuriyyə NATİQQIZI