ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı Fransadakı "Château Miraval" malikanəsi və şərab zavodu ilə bağlı iddia qaldıraraq məhkəmə xərcləri üçün 33 min dollar tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "People" yazıb.
50 yaşlı aktrisa iddia ərizəsində bildirib ki, Los-Ancelesdəki evlərində və "Miraval" malikanəsində yaşamaq hüququnu heç bir kompensasiya almadan könüllü olaraq Pittə verib və bunu keçmiş həyat yoldaşının çətin və travmalı dövrünü daha rahat keçirməsi üçün edib.
Coli vurğulayıb ki, boşanandan sonra "Miraval" malikanəsinə nə o, nə də uşaqları gediblər. Bunun səbəbi ailəsinin dağılmasına gətirib çıxaran acı xatirələrdir.
Aktrisa keçmiş əri ilə problemlərini sülh yolu ilə həll etmək cəhdlərindən də danışaraq bildirib ki, o, bütün pullarını malikanəyə yatırıb, lakin Breddən aliment və ya maliyyə dəstəyi tələb etməyib. 2017-ci ildə aktrisa Pittə malikanədəki payını satın almağı təklif edib, ancaq təklifi rədd edilib.
Cütlük malikanəni 2008-ci ildə əldə edib. 2022-ci ildə Coli müəssisədəki payını satıb. Pitt bu sövdələşmənin qanuniliyinə etiraz edərək Colinin onun razılığı olmadan belə əməliyyat həyata keçirilmək hüququnun olmadığını bildirib. Aktrisa isə onun icazəsinə ehtiyacı olmadığına israr edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.