ain.az, Operativ MM portalına istinadən məlumat verir.
"Macarıstan Avropa İttifaqı liderlərinin Ukraynanın üzvlüyü ilə bağlı təzyiqlərinə müqavimət göstərəcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.
“Yaxın həftələrdə Macarıstan Ukraynanın Avropa Birliyinə daxil olmasına töhfə vermək üçün böyük təzyiq altında olacaq", - o qeyd edib.
Onun sözlərinə görə, Budapeşt bununla qətiyyən razılaşmayacaq, çünki o, öz vətəndaşlarından pul alıb Brüsselə və Ukraynaya göndərmək istəmir. Orban həmçinin qeyd edib ki, ukraynalılar nəyin bahasına olursa,olsun Avropanı müharibəyə cəlb etməyə çalışırlar.
Orban daha əvvəl bildirmişdi ki, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə borclu deyil. O, heç bir ölkənin şantaj yolu ilə üzvlük istəmədiyinə aydınlıq gətirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.