Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının zədəli futbolçusu Con Duranın son durumu bəlli olub.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliya "Benfika"sı ilə cavab oyununda sıradan çıxan hücumçu topla məşqlərə başlayıb.
Kolumbiyalı futbolçu zədə səbəbindən 8 oyunda İstanbul klubuna kömək edə bilməyib.
Qeyd edək ki, Con Duran bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından icarə əsasında “Fənərbağça”ya keçib.