AZ

Haaland sentyabrın ən yaxşı oyunçusu seçildi

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland sentyabr ayında İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Sentyabr ayında norveçli forvard üç oyunda beş qol vurub və bir asist də verib. Ümumilikdə, 25 yaşlı futbolçu bu mövsümdə bütün turnirlərdə 9 oyunda 12 qol qeydə alıb. Hazırda "Mançester Siti" 7 turdan sonra Premyer Liqada 5-ci yerdə qərarlaşıb və komandanın aktivində 13 xal var.

18 oktyabrda "şəhərlilər" öz meydanında "Everton"la səkkizinci tur matçına çıxacaq. Oyun saat 17:00-da (Moskva vaxtı ilə) başlayacaq.

Seçilən
6
90deqiqe.az

1Mənbələr