Urmiya gölü ətrafında xərçəng xəstəliyinin artması ilə bağlı xəbərlərdən sonra bu dəfə İsfahan əyalətindəki Qavxuni bataqlığı ətrafında oxşar vəziyyət müşahidə olunur.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, bataqlığın olduğu bölgədə yaşayan sakinlər arasında son illərdə leykoz (qan xərçəngi), autoimmun və digər nadir xəstəliklərin yayılması nəzərəçarpacaq dərəcədə artıb.
Mənbələr bildirirlər ki, uzunmüddətli mədən fəaliyyəti, xüsusilə duz və kalium hasilatı bölgədəki ekoloji vəziyyətin pisləşməsinə və xəstəliklərin artmasına səbəb olub.
Hazırda yerli sakinlər vəziyyətin araşdırılması və sağlamlıq təhlükələrinin aradan qaldırılması məqsədilə rəsmi qurumlara ərizə ilə müraciət ediblər.