Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
İspaniya yığması qarşıdakı oyunlara ciddi itki ilə çıxacaq. "Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri milli komandanın DÇ-2026-nın növbəti seçmə oyunlarında iştirak edə bilməyəcək.Bu məlumatı İspaniya Futbol Federasiyası yayıb. Məlumatda klub tərəfindən təqdim olunan tibbi testlər nəticəsində müəyyən edilən zədə səbəbindən Rodrinin Gürcüstan və Bolqarıstanla qarşıdakı oyunlar üçün yığmanın heyətindən çıxarıldığı bildirilib. Yarımmüdafiəçi milli komandaya oktyabrın 3-də çağırılmışdı, lakin premyer-liqanın 7-ci turunun “Brentford”la oyununun ilk hissəsində zədələnərək meydanı tərk edib. Xatırladaq ki, Rodri ağır zədə səbəbindən ötən mövsümü boşa verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.