AZ

Bina çökdü, yalnız tualetdə olan qadın öldü

ain.az, Lent az portalına istinadən məlumat verir.

İspaniyanın paytaxtı Madrid şəhərində aramsız leysan yağışları nəticəsində altımərtəbəli bina çöküb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Təxminən 40 işçi yağış başlayanda fəlakətdən az əvvəl küçəyə çıxdığı üçün daha böyük itki olmayıb.

Məlum olub ki, həlak olan qadın binanın otelə çevrilməsi layihəsinə rəhbərlik edirmiş və faciə baş verən anda birinci mərtəbədəki tualetdə olub. Onun iş otağı dağıntılardan zərər görməsə də, sanitar qovşaq tamamilə məhv olub. İstintaqa yaxın mənbə təsdiqləyib ki, qadın faciə anında təsadüfən tualetdə olduğu üçün ölüb.

Hazırda baş vermiş hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün istintaq davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
lent.az

1Mənbələr