Bakı. Trend:
Biometrik məlumatların qanunsuz istifadəsi hallarında cinayəttəqibinin aparılması və ictimai maraqların qorunması prokurorluğunəsas funksiyalarından biridir.
Trend xəbərverir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiyatexnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi AydınVerdiyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge”kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyanşəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizəyolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanıdeyib.
A.Verdiyev bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyibir dövrdə hüquqi mexanizmlərin də bu dinamikanı izləməsizəruridir:
“Bu baxımdan biometrik məlumatların qanunsuz istifadəsinə görəməsuliyyətin sərtləşdirilməsi, müasir beynəlxalq standartlarınmilli qanunvericilikdə əks olunması, beynəlxalq təcrübəninöyrənilməsi və ölkəmizdə tətbiqi, vətəndaşların bu sahədəmaarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Şöbə rəisi vurğulayıb ki, Aİ-nin GDPR tənzimləməsi biometrikməlumatların qorunması baxımından çox ciddi tələblər qoyur:
“Biz həmin sistemə üzv olmasaq da, qanunvericiliyimizdə GDPR-inəsas müddəaları nəzərə alınıb. Sadəcə, orada nəzərdə tutulan yüksəkcərimə mexanizmləri – məsələn, 20 milyon avroya qədər və yaşirkətin illik dövriyyəsinin 4%-i – bizdə tətbiq olunmur. Lakininanıram ki, gələcəkdə bizdə də bu sahədə daha sərt mexanizmlərtətbiq ediləcək.
O qeyd edib ki, biometrik məlumatların qorunması təkcə hüquqiməsələ deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir.