AZ

Deputatdan təklif: Məktəblərdə skuter və velosiped təlimləri keçirilsin

“Sevindirici haldır ki, ölkəmizdə yüngül fərdi nəqliyyat vasitələrinin - skuterlərin, velosipedlərin, motosikletlərin və buna bənzər digər vasitələrin sayı artır və bu da şəhərə düşən nəqliyyat yükünün azaldılması deməkdir. Bununla bərabər, onlar özləri ilə həm də təhlükə gətirib. Təhlükənin səbəbi isə bir çox istifadəçilərin bu tip nəqliyyat vasitələrinə əyləncə kimi yanaşmasıdır. Hər gün onlarla sakin skuter, velosiped və ya onlara bənzər vasitələrlə vururlur, şikəst edilir”.

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

Onun sözlərinə görə, təbii ki, skuterlərin, velosipedlərin artmasının və geniş istifadəsinin tərəfdarıyam. “Amma, müəyyən önləyici və maarifləndirmə  tədbirlərinin həyata keçirilməsinə ehtiyac var”, - o qeyd edib.

Deputat təklif edib ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərə, təhsil müəssisələrinə bir təlimat hazırlasın və heç olmasa həftədə bir dəfə müəllimlər şagid və tələbələrə izah etsin. “Yoxsa skuter və velosiped əyləncə deyil, diqqətsiz bir hərəkət kiminsə həyatına son qoya və ya ömürlük şikəst edə bilər”, - o vurğulayıb.

 Mürtəza

Seçilən
7
1
olke.az

2Mənbələr