AZ

İbrahim Tatlısesin gəlini əməliyyat olundu - FOTO

İbrahim Tatlısəs və Derya Tunanın oğlu, məşhur müğənni İdo Tatlısəsin həyat yoldaşı Yasemin Şefkatlı səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunacağını açıqlayıb. Prosedurdan sonra Şefkatli "Əməliyyatım bitdi, Allaha şükürlər olsun ki, vəziyyətim çox yaxşıdır" sözlərini paylaşıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2021-ci ildə İbrahim Tatlısəs və Derya Tunanın oğlu İdo Tatlısəslə ailə quran Yasemin Şefkatlı 2024-cü ildə Ayel və Sinan Emir adlı əkiz uşaq dünyaya gətirib.

Bir müddət əvvəl göbək yırtığı olduğunu açıqlayan Yasemin Şefkatlı yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb.

Məşhur son paylaşımında əməliyyatı uğurla başa vurduğunu və vəziyyətinin yaxşı olduğunu bildirərək, "Əməliyyatım bitdi, Allaha şükür yaxşıyam" deyib. O, izləyicilərinin əməliyyatın müddəti ilə bağlı suallarını da cavablandırıb.



Seçilən
5
manset.az

1Mənbələr