AZ

İngiltərədə ən yaxşı baş məşqçi açıqlandı

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Kristal Pelas"ı çalışdıran Oliver Qlasner ötən ayının ən yaxşısı seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Avstriyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv sentyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayında "Kristal Pelas"ın baş məşqçisi təyin olunub. 51 yaşlı çalışdırıcı ilk dəfə ayın ən yaxşı məşqçisi adına layiq görülüb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
sportal.az

4Mənbələr