ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ölkədə vəkillərin sayı çox azdır. Bölgələrdə vəkil məsələsi ciddi problemdir. Elə rayonlar var ki, orada bir neçə rayonda bir-iki vəkil tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır".Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa çıxışı zamanı deyib.O bildirib ki, vəkilləri qorumaq həm də dövlətin borcudur:“Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz.
Əslində vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar”.
Deputat məişət zorakılığına məruz qalmış insanlara çox vaxt Vəkillər Kollegiyasının pulsuz şəkildə dəstək verdiyini də qeyd edib.Günay Şahmar, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.