
Ramana qəsəbəsində yerləşən 338 nömrəli tam orta məktəbdə müəllim çatışmazlığı valideynlərin narahatlığına səbəb olub.
Olaylar.az xəbər verir ki, onlar bildirirlər ki, məktəbdə bir deyil, bir neçə fənn üzrə müəllimə ehtiyac var.
Məsələ ilə bağlı məktəb rəhbərliyindən iddialara cavab almaq mümkün olmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələdən xəbərdar olduğunu bildirib. Qurumun açıqlamasına əsasən, 338 saylı məktəb tərəfindən bu dərs ili üçün 7 fənn üzrə vakansiya təqdim edilib. Onlardan 5-i artıq müəllimlə təmin olunub, qalan 2 vakant yerin də doldurulması istiqamətində işlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31