AZ

“Sevgi çatışmazlığı uşaqları tənha yaşamağa sövq edir” Psixoloq

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Təəssüf ki,uşaqların müəyyən yaşa çatdıqdan sonra evdən getmək və yalnız yaşamaq istəyi artan hallarla qarşılaşırıq. Bu istək bəzən ailədəki sevgi çatışmazlığı və diqqətsizlikdən qaynaqlanır. Təəssüf ki, uşaqlar duyğularını ifadə etməkdə də çətinlik çəkir və bəzən daxili boşluğu əhəmiyyətli dərəcədə gizlətmiş olurlar”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova qeyd edib:

“Televiziya və efirlərdə gündəlik cinayət xəbərlərinin və ailədaxili münaqişələrin yayımlanması uşaqların psixikasına mənfi təsir edir. Belə xəbərlər onların dünyagörüşünü qorxulu və güvənilməz edir. Uşaqların duyğusal inkişafı üçün sakit və dəstəkləyici mühit olduqca vacibdir.

Valideynlərin əksəriyyəti isə belə hallarla qarşılaşdıqda çaresiz qalırlar. Ailədə sevgini, anlayışı və qayğını artırmaq uşaqların sağlam psixoloji inkişafı üçün əsasdır. Uşaqlar özlərini dəyərli və sevilən hiss etdikdə, tənha yaşamaq arzusu azalır.

Ekran və media məzmununun izlənməsi valideyn nəzarəti ilə məhdudlaşdırılmalıdır. Həmçinin uşaqlara duyğularını ifadə etməyi öyrətmək vacibdir.

Psixoloq olaraq vurğulayıram ki, ailə daxilində müsbət ünsiyyət və anlayış uşaqların həyat seçimlərinə böyük təsir göstərir. Son nəticədə, uşaqların emosional və sosial sağlamlığı üçün sevgi dolu və dəstəkləyici ailə mühiti şərtdir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr