AZ

Nobel Sülh Mükafatı bu xanıma verildi… “Qocanın könlünü dünya necə alacaq?”

Gözlənildiyi kimi Nobel Sülh Mükafatı ABŞ prezidenti Donald Trampa verilmədi. Bu mükafatın yeni sahibi Venesuela müxalifətinin lideri Maria Korina Maçado oldu.
Bu, Feysbukun Azərbaycan saqmentində maraqlı müzakirələrə səbəb olub.

Tribunainfo.az Nobel Sülh Mükafatı ilə bağlı sosial şəbəkələrdə tanınmışların yazdıqlarını təqdim edir:

Tele-jurnalist və professor Qulu Məhərrəmli:

“Beynəlxalq Nobel Sülh Mükafatı “diktaturaya dirənişə və xalqın demokratik hüquqları uğrunda mübarizəsinə” görə Venesuela müxalifətinin tanınmış simalarından olan Mariya Korina Maçadoya verildi…
Tramp qaldı gələn dəfəyə (?!)..
Hirslənsə, əlindən bir xəta çıxmasa yaxşıdır”.

Hüquqşünas Əkrəm Həsənov:

“Trampa Nobel Sülh Mükafatını vermədilər. Haram olsun Nobellərə Bakı nefti. Qocanın könlünü indi necə alacaq dünya?”.

Politoloq Şahin Cəfərli:
“Prinsipcə, Tramp mükafatın Venesuela müxalifət liderinə verilməsinə etiraz etməməlidir. Bir il sonrakı mükafatın laureatı olmaq üçün Trampın şansı var”.

Jurnalist Ləman Əşəşrəfqızı:

“Tramp dünyaya hökm edə bildi, İsveç Akademiyasına yox. Nobel zərif venesuelalının – Mariya Maçadonundur”.

Gülşən Rəsul

Seçilən
9
1
tribunainfo.az

2Mənbələr