AZ

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsi keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, cari il noyabrın 28-də saat 10:00-da ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun noyabrın 19-dək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər noyabrın 19-dək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, onlar test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Eyni zamanda, namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanındakı elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər noyabrın 19-dək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.

Seçilən
5
10
azertag.az

10Mənbələr