Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin noyabrın 28-də keçirilməsi nəzərdə tutulub.
Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından məlumat verilib.
İmtahanda iştirak etmək istəyən namizədlərin sənəd qəbulu noyabrın 19-dək davam edəcək.
Həmçinin, elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta