Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bugünlərdə Qərbi Kaspi Universiteti ilə təhsil eksperti Kamran Əsədov arasında qalmaqal yaşanıb.
Belə ki, təhsil ekspertinin apardığı araşdırmaya cavab olaraq Qərbi Kaspi Universiteti kobud ifadələrlə onu təqid edib. Universitet təhsil ekspertinə qarşı işlətdiyi bu ifadələrlə bağlı üz istəyibmi?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Qərbi Kaspi Universiteti işlətdiyi nalayiq ifadələrə, akademik mühitə uyğun olmayan sözlərə görə üzr istəməyib:
“Ancaq təbii ki, istəyəcəklər. Mən müstəqil təhsil tədqiqatçısıyam. Bu sahə üzrə ali təhsilliyəm. Mən mərkəz direktoruyam. Mənim ali təhsil müəssisələrinin mövcud vəziyyəti ilə bağlı təhlillər aparmaq, fikir bildirmək, proqnozlar vermək, status yazmaq ixtiyarım var. Bu, həm təhsil baxımdan, həm vətəndaş olaraq konstitusion olaraq hüququmdur.
Mərkəz rəhbəri olaraq bu, mənim birbaşa haqqımdır. Yəni bu sahə üzrə rəsmi qeydiyyatdan keçmiş bir qurumun rəhbəriyəm. Həmin ali təhsil müəssisəsi dözümsüzlük nümayiş etdirib. Bu, onu göstərir ki, onların bu istiqamətdə ciddi nöqsanları, qüsurları var.
Dövlət qulluqçusunun etik davranış qaydalarını, ali təhsil müəssisəsinin etik prinsiplərini pozublar. Eyni zamanda, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə mənə hörmətsizlik ediblər. Buna görə də vətəndaş olaraq konstitusion hüququmdan istifadə edərək məhkəməyə müraciət edəcəyəm”. K.Əsədovun universitetdən tələbləri var:
“Birincisi, rəsmi olaraq üzr istəyəcəklər. Mən onların dəvəti ilə Qərbi Kaspi Universitetində müəllim işləmişəm. Ancaq müqavilə başa çatandan sonra ərizə yazıb işdən çıxmışam. Çünki orada çalışmaq sərf etmirdi. Ancaq özlərinin israrlarından sonra mən həm onların universitetlərində, həm də kolleclərində dərs demişəm. Hətta onların elmi jurnallarında məqaləm də var.
Birmənalı şəkildə Qərbi Kaspi Universitetini mövcud qanunvericiliyin tələbini pozduğuna görə məhkəməyə verəcəyəm və onlar buna görə cavab verəcəklər. Sosial şəbəkələr fikir bildirmək üçün müstəqil yerdir. Mən onların şəfər və ləyaqətini alçatmamışam, onlara hörmətsizlik göstərməmişəm, imicinə xələl gətirməmişəm. Sadəcə olaraq beynəlxalq reytinqlərdə onlarla bağlı məqaləni araşdırandan sonra yalnız bu universitet deyil, Xəzər Universitetinin də adını qeyd etmişəm. Bundan sonra Qərbi Kaspi Universitetini daha ciddi araşdıracağam.
Onların peşəkar akademik fəaliyyəti ilə bağlı yazılar paylaşacam. Orada onlara qarşı heç bir təhqir yox idi. Mən onların saytında da görmüşəm ki, onların adından xaricdə məqaləsi dərc olunduğu deyilən müəllimlər universitetin müəllimləri deyillər.
Mən də demişəm ki, bu müəllimlər öz adlarını yazdırıblar, ancaq reallıqda onlar burada yoxdur. Ancaq onlar öz açıqlamalarında çox ciddi təhqirlərə. böhtanlara, yalanlara yer veriblər, ifadələr işlədiblər. Buna görə də məhkəmə qarşısında cavab verəcəklər. Bu proses baş verəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.