BAKI, 10 oktyabr. TELEQRAF
“Hazırda İtaliya-Azərbaycan Universitetində yeni fakültələrin yaradılması planlaşdırılmır. Bununla belə, mövcud fakültələr çərçivəsində yeni ixtisasların açılması istiqamətində işlər davam etdirilir”.
Teleqraf xəbər verir ki, bu barədə ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov məlumat verib.
Prorektor bildirib ki, Dizayn və memarlıq fakültəsində fəaliyyət göstərən “İnteryer dizaynı” və “Memarlıq” ixtisaslarına əlavə olaraq, artıq “Şəhərsalma” və “Kommunikasiya dizaynı” ixtisasları da tədris planına daxil edilib. Gələcəkdə bu istiqamətdə “Məhsul dizaynı” ixtisasının, magistratura səviyyəsində isə “Landşaft dizaynı” proqramının açılması nəzərdə tutulur.
Onun sözlərinə görə, universitetin digər fakültələrində də yeni ixtisasların yaradılması istiqamətində müvafiq işlər aparılır və bu proses mərhələli şəkildə həyata keçiriləcək.