AZ

Ağstafada özünü xəstəxananın binasından atan kişi öldü - Yeniləndi

Ağstafa xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinə baş verib.

Rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsini  ikinci mərtəbəsində müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü atıb.  

Dərhal ona yardım edilsə də onun həyatını  xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən şəxs xəstəxanada xəstə kimi müalicə alırmış.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb.

Ölüm hadisə ilə bağlı araşdırma aparılır. (Unikal)

14:22

***


Oktyabrın 10-da saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.  

Bu barədə News24.az-ın  sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bilidirlib ki, pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub.

"Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib. Oktyabrın 6-da aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub. Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib".


Xeyrənsə Piriyeva





Seçilən
340
2
news24.az

10Mənbələr