AZ

Stəkanınıza atdığınız buz xəstəliklərə səbəb ola bilər

Yay aylarında isti havada insanlar içkilərinə buz əlavə edərək sərinləməyə çalışır. Lakin bazarlarda və qeyri-gigiyenik şəraitdə istehsal olunan buz yoluxucu xəstəlik riskini artırır.

E-saglam.az xəbər verir ki, Bahçeşehir Universitetindən Prof. Dr. Dilek Arman bildirir ki, çirkli sudan hazırlanan buz bağırsaq infeksiyaları, qida zəhərlənməsi və ishala səbəb ola bilər. Salmonella, Hepatit A və norovirus kimi mikroorqanizmlər nadir hallarda buz vasitəsilə yoluxa bilər. Evdə təmiz su və steril qablarla hazırlanmış buz isə təhlükəsizdir.

Medicana Zincirlikuyu Xəstəxanasından Prof. Dr. Özlem Güneysel isə əlavə edir ki, buzun birbaşa ağıza uzun müddət təması donmaya və toxuma zədələnməsinə gətirib çıxara bilər. Çirkli buz istehlakı zəiflik, qızdırma, ürəkbulanma, qusma və ishal kimi simptomlara səbəb olur.

Buz istehsalçıları nə deyir?Ümraniyədə fəaliyyət göstərən buz istehsalçısı Cüneyt Kahraman vurğulayır ki, təmiz su istifadə edilməli, kran suyunun müalicəsi düzgün aparılmalıdır. Buzun şəffaf olması daha steril olduğunu göstərir, lakin ağappaq buz da həmişə zərərli olmaya bilər.

Qeyd edək ki, ən doğrusu:

Evdə içməli su ilə hazırlanmış buz təhlükəsizdir.

Markasız və qeyri-qeydiyyatlı buz paketlərini almamaq vacibdir.

İçkiləri buzla soyutmaq yetərlidir; buzun birbaşa yeyilməsi məsləhət görülmür.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr