Sea Breeze
2025-ci il oktyabrın 18-20-də Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçiriləcək.2025-ci il sentyabrın 16-da bu Proqrama dair müvafiq elan verilib, 2 həftə ərzində müraciətlər qəbul olunub. İndiyədək Agentlik tərəfindən təşkil edilmiş analoji proqramlarla müqayisədə bu il rekord sayda – 203 QHT təmsilçisindən proqrama qatılmaq üçün müraciət daxil olub. Müraciətlər respublikanın 28 şəhər və rayonunu əhatə edib. İştirakçılar seçim əsasında müəyyən olunub. Seçim zamanı ilk dəfə iştirak edənlərə, QHT-lərdə layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan təmsilçilərə üstünlük verilib. Nəticədə 100 QHT təmsilçisi uğurla Proqrama qəbul olunub.Proqram çərçivəsində peşəkar ekspertlər QHT-lərə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqlar aşılayacaq. Sessiyalar zamanı iştirakçılar bu sahədə biliklərini möhkəmləndirmək üçün praktiki tapşırıqlar yerinə yetirəcəklər.İndiyədək Agentlik tərəfindən 5 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib:2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə isə Naxçıvan və Şamaxı şəhərlərində icra olunub. Ümumilikdə bu proqramlarda 500-dən çox QHT nümayəndəsi iştirak edib.Bu proqramlar QHT müsabiqələrində son illər layihələrin yazılması və icrası keyfiyyətinin getdikcə yüksəlməsinə öz töhfəsini verib.QHT-lərə Dövlət Dəstəyi Agentliyi bundan sonra da QHT-lərə konsultativ və metodiki dəstək göstərməkdə davam edəcək.
Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX