AZ

Nobel Sülh Mükafatını alan qadın KİMDİR?

Nobel Sülh Mükafatını venesuelalı müxalifət lideri Maria Korine Maçadonaya verilib.

"Unikal" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Qeyd edilir ki, mükafat ona “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq uğrunda apardığı mübarizəyə” görə verilib.

Məlumata görə, Venesuelanın “avtoritar rejimi” fonunda Maçado məhkəmələrin müstəqilliyini, insan haqlarını və xalqın təmsilçiliyini müdafiə edib.

"O, uzun illər Venesuela xalqının azadlığı uğrunda mübarizə aparıb", - komitə qeyd edib.

Xatırladaq ki, 2024-cü il seçkiləri ərəfəsində Maçado müxalifətin prezidentliyə namizədi olub, lakin indiki hakimiyyət “onun namizədliyini əngəlləyib”.

Seçilən
62
unikal.az

1Mənbələr