Venesuela müxalifətinin lideri Maria Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görülüb.
Musavat.com xəbər verir ki, Norveç Nobel Komitəsi Maçadonu "Venesuela xalqının demokratik hüquqlarını inkişaf etdirmək üçün yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə" tanıyıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp dünya tarixində səkkiz müharibəyə son qoya bilən yeganə şəxs olduğunu bildirib.
Tramp Nobel Sülh Mükafatını qazanmaq şansını belə şərh edib: "Tarixdə heç kim 9 ayda səkkiz müharibəni dayandıra bilməyib, mən də səkkiz müharibəni dayandırdım. Bu, əvvəllər heç vaxt olmayıb... " o, jurnalistlərə bildirib.
Musavat.com
