Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
16 yaşlı britaniyalı Tobi Braun məktəbi yarımçıq qoyub və çox böyük həvəslə süni intellekt sahəsində yaratdığı "Beem" adlı startapına investisiya üçün 1 milyon dollar toplaya bilib. Reyting.az "Business Insider" nəşrinə istinadla xəbər verir ki, uşaqlığından proqramlaşdırmaya maraq göstərən Tobi artıq 7 yaşı olanda "Raspberry Pi" istəyib, kod yazmağı isə özü öyrənib. Məktəbdə dərsləri orta səviyyədə olsa da, bu cür təhsil sistemini sevmədiyi üçün oxumağı tərk edib.2023-cü ildə o, insanların texnologiya ilə qarşılıqlı əlaqəsini tamamilə dəyişdirməyi hədəfləyən "Beem" layihəsinin üzərində işləməyə başlayıb. Nəhayət, 2024-cü ilin noyabr ayında "South Park Commons" fondu (keçmiş "Facebook" mühəndisləri tərəfindən yaradılıb) bir çox mütəxəssisin diqqətini cəlb edən bu layihəyə 1 milyon dollar sərmayə qoyub.Hazırda Tobi Braun San-Fransiskoda yaşayır və O-1 vizası ilə ABŞ-da fəaliyyət göstərir. Braun başqalarına onun yolunu təkrarlamamağı, sevdikləri işlə məşğul olmağı və ideyalarına inanmağı tövsiyə edir."Microsoft" şirkəti bildirib ki, vaxtı ilə bu yeniyetmə təhlükəsizlik boşluqlarını aradan qaldırmaqda şirkətə kömək edib. Hazırda San-Fransisko şəhərində müvəqqəti məskunlaşmış Braun 2025-ci ildə keçirilən "Zero Day Quest" yarışında 3-cü yeri də tutub. Oqtay QORÇU Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.