AZ

Səfir: “3+3”ün iclası ya Bakıda, ya da İrəvanda olacaq

“3+3” regional platformasının iclasının ilin sonuna qədər ya İrəvanda, ya da Bakıda keçirilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir Rusiya-Ermənistan Universitetinin (RAU) tələbələri ilə görüşündə deyib ki, Moskva hazırda növbəlilik qaydasının razılaşdırılmasına kömək edir, çünki həm Ermənistan, həm də Azərbaycan sammitə ev sahibliyi etməyə hazırdır. pizza sifarişi

Kopırkin bunu faydalı və tələbatlı format adlandırıb və əlavə edib ki, region dövlətlərinin özləri regionun problemlərinin həllində əsas rol oynamalıdırlar.

Xatırladaq ki, ilə 3+3 regional məsləhət platformasının sonuncu iclası 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.


Telegram kanalımız
Seçilən
13
7
yenisabah.az

8Mənbələr