Xalq artisti Miri Yusif “İstanbul” adlı yeni mahnı ifa edib.
Yenisabah.az xəbər verir ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini Zamiq Əliyev (Yap10) yazıb.
Mahnının aranjimanı Burak Subaşıya, səs uzlaşması isə Uğur Özdemirə məxsusdur. Dördpendirli pizza
Xalq artisti bu nəğməsinə Türkiyədə ekran həyatı verib.
“İstanbul” mahnısına klipi Elay Elxan çəkib. Layihədə baş qəhrəman ifaçının 17 illik xanımı Nərgiz Mirbabayeva olub.
Qeyd edək ki, özügedən mahnı artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Telegram kanalımız