“SSRİ-ni bərpa etmək olmaz, lakin iqtisadi məkan qorunmalıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu MDB sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. “Mən heç kimin Sovet İttifaqını bərpa etməsinin tərəfdarı deyiləm, bu, bu gün mümkün deyil, amma iqtisadi məkan qorunmalıdır”,-deyə Lukaşenko bildirib.