Bu ilin sentyabr ayında ailə başçısını itirməyə görə 186,7 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 136,9 min nəfərdən çoxu pensiya, 49,7 min nəfərdən çoxu isə müavinət alıb.