AZ

“Anam üç ay idi ki, ağır xəstə idi”

“Anam üç ay idi ki, ağır xəstə idi, yaşasaydı 90 yaşı olacaqdı”.

OLAY yazır ki, bunu Teleqraf-a Xalq artisti Əminə Yusifqızının qızı Səminə Əliyeva deyib.

“Mənim üçün əvəzolunmaz sənətkar və ana idi. Xalqımız tərəfindən də sevilirdi. Düşünürəm ki, o, unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq”, - S.Əliyeva deyib.

Əminə Yusifqızının nəvəsi Leyla Əliyeva isə nənəsini qeyri-adi xüsusiyyətlərə malik insan kimi xarakterizə edib.

“Bir neçə il əvvələ qədər avtomobil sürürdü. Son illər məsləhət görürdük ki, sağlamlıq və təhlükəsizliyi üçün avtomobil sürməsin. Həmişə şən və həyat dolu idi. Mənim xatirəmdə belə qalacaq”, - L.Əliyeva əlavə edib.

Seçilən
49
1
olay.az

2Mənbələr