AZ

Brilliant Dadaşova: Əminə Yusifqızı bizə ədəbiyyat müəlliməsi olub

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Biz Əminə xanımın mədəniyyəti ilə, tələffüzü ilə böyüdük".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Xalq artisti Əminə Yusifqızının vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əminə xanım şairlərin, müəlliflərin əsərlərini oxuculara, tamaşaçılara özlərindən daha təsirli çatdıra bilirdi:

"Azərbaycan mədəniyyətinin, ədəbiyyatının başı sağ olsun. Xalqımızın, sənətsevərlərin başı sağ olsun. Əminə xanım yeri dolmayacaq sənətkardır. İlk dəfə 40 il bundan əvvəl Azərbaycan Dövlət Televiziyasına gələndə Əminə xanımı görmüşdüm. Ona çox heyranlıqla baxırdım. O özü də bilmədən bizim tələffüzümüzü formalaşdırıb. Bizə ədəbiyyat müəlliməsi olub. Yeri dolmayacaq istedadı, böyük qüvvəni itirdik".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
oxu.az

3Mənbələr