AZ

Moskva Bakının haqlı mövqeyini qəbul edir və məsuliyyətin danılmaz olduğunu anlayır

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Düşənbədə keçirilən MDB dövlət və hökumət başçılarının Zirvə toplantısı regionda formalaşan yeni diplomatik reallıqların fonunda xüsusi siyasi məna kəsb etdi. Təsadüfi deyil ki, bu tədbir çərçivəsində baş tutan Azərbaycan və Rusiya prezidentlərinin görüşü təkcə iki ölkə münasibətləri baxımından deyil, həm də bütövlükdə postsovet məkanında qüvvələr nisbətinin yenidən formalaşması kontekstində diqqət çəkdi. Görüşün əsas simvolik məğzi ondan ibarət idi ki, bu dialoq Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra dövlət başçıları səviyyəsində ilk birbaşa təmas idi. Prezident Vladimir Putinin hadisə ilə bağlı bir daha başsağlığı verməsi, üzr istəməsini xatırlatması, kompensasiya ödəniləcəyini və məsul şəxslərin cəzalandırılacağını bəyan etməsi təkcə diplomatik jest deyil, həm də siyasi etiraf idi. Bu etiraf göstərdi ki, Moskva faktiki olaraq Bakının haqlı mövqeyini qəbul edir və məsuliyyətin danılmaz olduğunu anlayır."

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, hadisə baş verdiyi ilk gündən Azərbaycan tərəfi məsələyə dövlət məsuliyyəti və hüquq çərçivəsində yanaşdı:

"Bakı emosional bəyanatlardan, destruktiv ritorikadan uzaq duraraq, məsələni beynəlxalq hüququn prinsipləri kontekstində qaldırdı və şəffaf araşdırma, məsuliyyətin müəyyənləşdirilməsi və kompensasiyanın təmin olunması tələbini irəli sürdü. Bu, həm Rusiya diplomatiyasına, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj idi – Azərbaycan ədaləti tələb edən, lakin münasibətlərin strateji dəyərini qoruyan tərəfdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə nümayiş etdirilən bu soyuqqanlı, amma prinsipial yanaşma Azərbaycanın xarici siyasətində sistemli rasional düşüncənin üstünlüyünü bir daha nümayiş etdirdi.

Rusiyanın hadisədən bir neçə ay sonra məsuliyyəti faktiki olaraq tanıması Kreml üçün sadəcə reputasiya məsələsi deyil, geosiyasi zərurət idi. Moskva anlayır ki, Azərbaycanla münasibətləri qorumaq və inkişaf etdirmək üçün qarşılıqlı hörmət, hüquqi məsuliyyət və bərabərlik prinsipləri əsasında davranmaq labüddür. Prezident İlham Əliyevin bu prosesdə nümayiş etdirdiyi qətiyyət və ardıcıllıq hadisənin siyasi trayektoriyasını müəyyənləşdirən əsas amil oldu. Azərbaycanın ədalət prinsipinə əsaslanan bu mövqeyi həm regionda, həm də daha geniş geosiyasi müstəvidə yeni diplomatik balansın formalaşmasına təsir göstərdi.

Əslində, Düşənbə görüşü göstərdi ki, müasir beynəlxalq münasibətlər sistemində ədalət, qətiyyət və strateji müstəqillik bəzən ən güclü hərbi resurslardan da daha təsirli siyasi alətə çevrilə bilir. Azərbaycan hadisəni hüquqi və siyasi etika çərçivəsində idarə etməklə həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlığın mümkünlüyünü nümayiş etdirdi. Bu, təkcə konkret hadisəyə münasibət deyil, həm də Azərbaycanın regional liderliyinin və prinsipial diplomatiyasının təsdiqi idi.

Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər sadəcə bir hadisəyə verilmiş diplomatik reaksiya deyil, Azərbaycanın artan siyasi çəkisinin, prinsipial və ardıcıl siyasət xəttinin etirafıdır. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan təkcə hərbi və iqtisadi potensialı ilə deyil, həm də rasional və ədalətə əsaslanan dövlət idarəçiliyi ilə regionda dayanıqlı güc mərkəzinə çevrilib."

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
modern.az

2Mənbələr