Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri Qəzzadan çəkilməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri bütün girovların azad edilməsinə dair HƏMAS ilə razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında razılaşdırılmış yerləşdirmə xətlərinə qoşunların çıxarılmasını günortaya qədər başa çatdırmağı planlaşdırır".
Nəşr bildirir ki, əməliyyat başa çatdıqdan sonra İDF Qəzza zolağının yarıdan bir qədər çoxuna (53%) nəzarəti əlində saxlayacaq. Razılaşmaya əsasən, HƏMAS qoşunları çıxarıldıqdan sonra 72 saat ərzində sağ qalan 20 nəfərdən başlayaraq 48 girovu azad etməlidir. Bu ərəfədə Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Həyya bəyan edib ki, İsrail hakimiyyəti atəşkəs razılaşması çərçivəsində bütün fələstinli qadın və uşaqları azad edəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.