AZ

Tapdığı daş həyatını dəyişdi: MİLYON DOLLARDAN ÇOX


Tapdığı daş həyatını dəyişdi: Dəyəri 130 milyon lirədən çoxdur

Tanzaniyada kiçik miqyaslı mədən işləri ilə məşğul olan Saniniu Laizer, iş zamanı tapdığı iki nəhəng daş sayəsində bir gecədə milyonçuya çevrilib.

Tanzaniya Mədənçilik Nazirliyinin məlumatına görə, ümumi çəkisi 15 kiloqram olan tanzanit daşları üçün Laizerə 3,4 milyon ABŞ dolları ödənilib. Bu, ölkə tarixində indiyədək çıxarılan ən böyük tanzanit tapıntısı kimi qeydə alınıb.

Dünyanın ən nadir daşlarından biri

Yalnız Tanzaniyanın şimalında, Manyara bölgəsində tapılan tanzanit, dünyanın ən nadir qiymətli daşlarından biri sayılır. Yaşıl, bənövşəyi, qırmızı və mavi tonlarda parlayan bu daş, əsasən bəzək və zinət əşyalarının hazırlanmasında istifadə olunur.

Geoloqların sözlərinə görə, tanzanit yataqlarının gələcək 20 il ərzində tamamilə tükənəcəyi ehtimal olunur. Bu da daşın dəyərini daha da artırır.

Qazancını cəmiyyətlə bölüşəcək

52 yaşlı Laizer, dörd arvadı və 30-dan çox övladı ilə birlikdə yaşayır. O, BBC-yə verdiyi açıqlamada qazandığı pulu ictimai layihələrə sərf etmək istədiyini bildirib:

 “Bir ticarət mərkəzi və məktəb tikmək istəyirəm. Bölgəmdəki kasıb uşaqların da təhsil almasını təmin edəcəyəm. Mənim 2 min inəyim var, onlarla maraqlanmağa davam edəcəyəm. Öz həyat tərzimdən razıyam və bunu dəyişmək fikrim yoxdur.”


Seçilən
4
news365.az

1Mənbələr