AZ

100 il əvvəl Bakıda yaşandı, lakin.. Deputatdan mühüm təklif

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ sammiti sadəcə bir zirvə toplantısı deyil, həm də mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət daşıyan bir mərhələdir. Bu, əcdadlarımızın iki əsr öncə ideya halına gətirdiyi və həyata keçməsini arzuladığı düşüncələrin reallaşmasıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və digər böyük ziyalılarımızın əsas ideyası “fikir, dil və işdə birlik” prinsipi idi:

“Biz bu ideyanın canlı təcəssümünü Qəbələdə gördük. Bu gün “işdə birlik” nümunəsini yaradan liderlərimizə təşəkkür edirik. Biz qürur hissi ilə gördük ki, böyük gələcəyə doğru aparan yolda Türk birliyi ideyası artıq real məzmun kəsb edib. Tarixə nəzər salsaq, görərik ki, 2009-cu ildə Naxçıvanda qoyulan təməl bu gün Qəbələdə öz məntiqi davamını tapdı. Coğrafiyamıza diqqətlə baxdıqda Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkə və xalqın öz milli kimliyini yenidən dərk etməyə doğru irəlilədiyi aydın olur.

Biz Tanrı dağlarından və Qırğızıstandan başlayıb Aralıq dənizinədək uzanan, Şərqi Sibirdən Qazaxıstana, oradan da Avropanın mərkəzinə Dunay sahillərinədək yayılan möhtəşəm bir coğrafiyadan danışırıq. Bu, sadəcə coğrafiya deyil bu, əcdadlarımızın bizə miras qoyduğu müqəddəs bir məkan, bir mədəniyyət məkanıdır. Azərbaycan Prezidenti bu gerçəklikləri vurğulayaraq Türk Dövlətləri Təşkilatını artıq qlobal aktor kimi qiymətləndirdi. Həqiqətən də, biz baxdığımız zaman görürük ki, bu böyük coğrafiya Avrasiyanın mərkəzidir, onun ürəyidir və gələcəyi də birliyimizdən asılıdır.

Hikmət Babaoğlu

Bu birliyin möhkəmlənməsi və gələcəyə inamla addımlaması isə, təbii ki, böyük liderlərimizin uzaqgörən fəaliyyəti ilə sıx bağlıdır.

Azərbaycan Prezidentinin bir təklifinə xüsusi diqqət yetirmək və öz tərəfimdən bir təşəbbüs irəli sürmək istəyirəm.

Söhbət 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda iştirak edən alimlərimizin və türkçülük ideyasının banilərinin xatirəsindən gedir. Təəssüf ki, həmin alimlərin əksəriyyəti 1937-ci ilin repressiya dalğasının qurbanına çevrildilər.

Azərbaycan Prezidenti onların xatirəsini yad etməklə yanaşı, bu ideyanı bir qədər də irəli apardı. Fikrimcə, məhz həmin 1926-cı ilin ruhuna uyğun olaraq, Azərbaycanda bir Türkoloji Akademiyasının yaradılması məqsədəuyğun olardı. Bu akademiya Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimlərinin iştirakı və dəstəyi ilə fəaliyyət göstərə bilər.

Türk dilləri ailəsi çox genişdir və onun araşdırılması yalnız bizim deyil, Fin-Uqor dilləri ailəsinə daxil olan xalqlar üçün də maraqlı olar. Bildiyiniz kimi, Fin-Uqor dilləri Kareliyadan Finlandiyaya qədər uzanan böyük bir dil ailəsini əhatə edir. Beləliklə, biz ortaq dilimizin inkişafı və araşdırılması istiqamətində mühüm elmi nəticələr əldə edə bilərik.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr