AZ

Deputat parlamentdə "Sancaq Media"ya çağırış etdi: "Bu gün, ya da sabah cəzası var"

"Son günlər bir çox sosial media səhifələrində hüquq-mühafizə orqanlarının, xüsusən də polislərin və polis rəhbərliyinin, prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını, ağır sözlərlə təhqir olunduğunu görürəm. İndiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etməyi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasının vacib şərti hesab edirəm".

Redaktor.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı bildirdi.

""Sancaq Media" adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram. Bir-iki nəfərə görə on minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir. Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onları ayaqlanmağa dəvət etməkdir. Bu, konstitusiya quruluşumuzu zorla dəyişməyə, qan tökməyə dair çağırışlar etməkdir və bu hərəkətlərin mütləq şəkildə ya bu gün, ya da sabah cəzası var", - deyə o qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
23
1
redaktor.az

2Mənbələr