AZ

KİV: Almaniya Bundesveri üçün 600 dən çox anti dron sistemi alacaq

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya Müdafiə Nazirliyi Bundesverin hava müdafiəsində "Gepard" qurğularının istismardan çıxarılmasından yaranan boşluğu aradan qaldırmaq üçün müdafiə konserni “Rheinmetall”-dan mobil anti dron sistemi “Skyranger” almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “European Pravda” məlumat verib.

Məlumata görə, hökumət ilin sonuna qədər Düsseldorfda yerləşən "Rheinmetall" müdafiə podratçısından dəyəri 9 milyard avrodan çox qiymətləndirilən 600 dən çox Skyranger sifarişi verməyi nəzərdə tutur və sifarişin 2030-cu ilə qədər təhvil verilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
apa.az

2Mənbələr