AZ

Kino Agentliyinin baş ofisi Azərbaycanfilm kinostudiyasına köçürülə bilər

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

İlin sonunadək Azərbaycan Respublikasının Kino Agentliyinin (Kino agentliyi) baş ofisinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında açılması nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, beləcə kino sənayesinin inkişafı ilə bağlı fəaliyyətlərin kinostudiyanın ətrafında formalaşan ekosistemlə birgə yürüdülməsi hədəflənir.

Rəşad Əzizov həmçinin "Azərbaycanfilm" kinostudiyasının dirçəldiməsi istiqamətində "KinoPark" layihəsi ilə bağlı işlərə start verildiyini və yaxın gələcəkdə bu müstəvidə mərhələli şəkildə kinostudiyanın dirçəldilməsinin mümkün olacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
baku.ws

2Mənbələr