AZ

Almaniya Bundestaqı yeni “Eurofighter Typhoon” qırıcılarının alınmasını təsdiqləyib

Almaniya Bundestaqının Büdcə Komitəsi Hərbi Hava Qüvvələri üçün 20 ədəd ədəd “Eurofighter Typhoon” Tranche 5 döyüş təyyarəsinin alınmasını təsdiqləyib.

“Poliqon” “Hartpunkt”a istinadən xəbər verir ki, “Eurofighter” Tranche 5 təyyarələrinin alınmasına ümumilikdə 3.75 milyard avro ayrılıb.

Müqaviləyə 52 mühərrik və müxtəlif ehtiyat hissələri də daxildir. İlk təyyarənin 2031-ci ildə, sonuncunun isə 2034-cü ildə təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə, bu təyyarələr üçün uçuş və taktiki simulatorların alınmasına dair müqavilə də imzalanacaq. Simulatorlar yeni nəsil “EScan” radarı dəstəkləyəcək. Bu layihə üçün ümumilikdə 412 milyon avro ayrılacaq.

Layihənin bir hissəsi də “Eurofighter” təyyarələrinin elektron müharibə qabiliyyətlərinin artırılmasını nəzərdə tutur. Bu çərçivədə təyyarələr İsveç istehsalı olan “Arexis” özünümüdafiə sistemi və “hava-yer” raketləri ilə təchiz olunacaq. Bunun üçün 1.13 milyard avro tələb olunur. 82 milyon avro isə sınaq və texniki dəstək infrastrukturu üçün ayrılacaq. Layihə 2033-cü ilə qədər mərhələli şəkildə həyata keçiriləcək.

Yeni Tranche 5 təyyarələri mövcud PRAETORIAN özünümüdafiə sistemi ilə təchiz ediləcək, lakin sonradan bu sistemin “Arexis” ilə əvəzlənəcəyi gözlənilir. Eyni strategiya “EScan” radarları üçün də tətbiq olunacaq. Belə ki, Almaniya HHQ-nin mövcud “Eurofighter” təyyarələri 2027-ci ildən etibarən yeni sensorla modernləşdiriləcək.

Seçilən
14
poliqon.az

1Mənbələr