AZ

120 karatlıq brilyantı Dubaydan qanunsuz gətirdilər - FOTOlar

Brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Gundem.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. 

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. 

Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
12
34
gundem.az

10Mənbələr