AZ

Alkoqol mənşəli psixi və davranış pozuntularının müalicəsi icbari sığorta ilə aparılır?

Bakı. Trehnd:

Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika vəmüalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün, 10 oktyabr - Ümumdünya Psixi SağlamlıqGünü insanlara psixi rifahın qorunmasının vacibliyini bir dahaxatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi,həm də ictimai rifahın əsasını təşkil edir.

Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olanalkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusuxüsusilə aktuallıq kəsb edir. ÜST-ün statistik göstəricilərinəəsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotikistifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isəpsixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqolasılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinirsisteminə toksiki təsir etməklə beyində neyronların normalfəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq,yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və digər hallarınyaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularlaqarşılaşır.

Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosionalvəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əməkqabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə,o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərindiaqnostika və müalicəsi icbari tibbi sığorta təminatınaalınıb.

Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və yaçox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sistemininfəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixipozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncəqabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressivdavranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar vədigər simptomlarla göstərə bilər.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqolmənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərəhəkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkindiaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstərişolduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionartibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiyaprosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığortahesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumentalmüayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvianalizi, elektrolit balansının və qaraciyər funksiyalarınınqiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya)və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindənqiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətinistabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixolojitəsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısınıalmaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar,vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstəktədbirləri tətbiq olunur.

Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkintibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün,narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqolluiçkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyatakeçirilir.

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindəicra olunur.

Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntularınqarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir.Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress vəpsixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək vəsosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur.Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləriəlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqamüraciət etmək vacibdir.

Seçilən
17
9
az.trend.az

10Mənbələr