AZ

Bakıda saxlanılan "Sputnik Azərbaycan"ın icraçı direktoru azad edildi

BAKI, 10 oktyabr. TELEQRAF

Bakıda saxlanılan "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyaprezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Yuri Uşakovun sözlərinə görə, məsələnin həlli üzrə danışıqlar əsasən prezidentlərin köməkçiləri səviyyəsində aparılıb.

"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birbaşa əlaqə saxlanılıb və qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədəki görüşündən əvvəl qəbul edilib. Bu məsələnin operativ həlli iki ölkə prezidentləri ilə koordinasiyanın mümkünlüyü sayəsində reallaşıb",- o qeyd edib.

Qeyd edək ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Daxili İşlər Nazirliyinin iyun 30-da agentliyin Bakı ofisində keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
20
teleqraf.com

1Mənbələr