AZ

Trampdan İspaniyaya gözdağı - "Bəlkə də NATO-dan çıxarılmalıdır"

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa yönəlmiş yeni təzyiq kampaniyasına başladığını açıqlayıb. Tramp NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə Moskvaya təzyiqi artırdığını bəyan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubbı Ağ Evdə qəbul edən ABŞ prezidenti Donald Tramp, "Hamımız birlikdə təzyiqi artırırıq. NATO əla iş görür. NATO-ya çoxlu silah satırıq və bunun çoxu Ukraynaya gedir. Biz dünyanın ən yaxşı silahlarını istehsal edirik" - deyib. 

Tramp həmçinin ABŞ və Finlandiya arasında 11 buzqıran gəminin birgə istehsalı üçün imzalanan müqaviləni açıqlayıb. Gəmilərdən 7-nin ABŞ-da inşa ediləcəyini qeyd edən Tramp, "Finlandiyanın bunda demək olar ki, monopoliyası var. Biz onlardan çox şey öyrənəcəyik" - deyə fikirlərinə əlavə edib. Prezident Stubb ilk gəminin 2028-ci ildə təhvil veriləcəyini açıqladı.

Tramp çıxışında NATO-nu tərifləyərək İspaniyanı müdafiə xərclərini artıra bilmədiyi üçün tənqid edib. Ölkənin alyansın 5%-lik müdafiə xərcləri hədəfini rədd etdiyini xatırladan ABŞ prezidenti, "İspaniya yeganə istisnadır. Bəlkə də NATO-dan xaric edilməlidir" - deyib.


Seçilən
5
1
manset.az

2Mənbələr