AZ

Türk Hava Yolları İraqın Süleymaniyə şəhərinə uçuşları bərpa edir

BAKI, AzerVoice, Fərid Mikayılov

Türk Hava Yolları (THY) İraqın Süleymaniyə şəhərinə aviareyslərin yenidən başlayacağını rəsmən açıqlayıb.

AzerVoice xəbər verir ki, THY-nin İctimaiyyətlə Əlaqələr və Media rəhbəri Yəhya Üstün, X sosial media platformasında paylaşım edərək bildirib ki, THY dünyanın hər bir nöqtəsində Türkiyəni göylərdə qürurla təmsil edir.

“Bu çərçivədə Süleymaniyə xəttimizi yaxın vaxtlarda yenidən səma ilə birləşdirəcək olmağın sevincini yaşayırıq. Həftənin yeddi günü müntəzəm həyata keçiriləcək uçuşlarımızla Türkiyə və İraq arasında ticarət, mədəni və turizm əlaqələrinin daha da güclənməsinə töhfə verməyi hədəfləyirik” – deyə Üstün qeyd edib.

İraq Kürdüstanı Regional Rəhbərliyinin (KRG) Prezident Aparatı da Türkiyədən Süleymaniyəyə uçuşların bərpası ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada, Ankarada rəsmi səfərdə olan KRG Prezidenti Neçirvan Bərzaninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə istinad edilərək, uçuşların bərpası qərarına görə Türkiyə tərəfinə təşəkkür bildirilib.

“Bu qərar Kürdüstan Regionu ilə Türkiyə Respublikası arasındakı güclü münasibətlər çərçivəsində qəbul edilib. Şübhəsiz ki, bu addım əməkdaşlığın inkişafına və xüsusilə Süleymaniyədə yaşayan vətəndaşların mənafeyinə xidmət edəcək” – deyə açıqlamada vurğulanıb.

Seçilən
10
turkic.world

1Mənbələr