Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
KONKRET.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
İclasda Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalının təsis edilməsi, həmçinin “Dövlət xidmətləri haqqında” və “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni hazırlanmış qanunların layihələrinin ilk oxunuşda müzakirəsi nəzərdə tutulub.