Pakistanın təhlükəsizlik qüvvələri 7 oktyabrda Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi konvoyuna hücumda iştirak edən 30 silahlını məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters“ məlumat verib.
Qeyd edək ki, Pakistan hərbi konvoyuna hücumda 11 hərbçinin öldürülməsinə görə məsuliyyəti yerli Taliban döyüşçüləri öz üzərinə götürmüşdü.