AZ

DÇ 2026: millimiz Fransa yığması ilə qarşılaşacaq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

Globalinfo.az bildirir ki, D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq.

“Park de Prins” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, Fransa millisi 6 xalla qrup lideridir. İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
9
globalinfo.az

10Mənbələr