Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Oskar” mükafatına namizəd, Hollivudun məşhur aktyoru Mett Dillon "Mən Rokki rolundayam" adlı filmdə Hollivud ulduzu, aktyor və rejissor Silvestr Stallonenin atası Frenk Stallonenin obrazını canlandıracaq. Reyting.az "Deadline" nəşrinə istinadla bildirir ki, filmdə əfsanəvi "Rokki" idman dramının yaranma hekayəsindən bəhs olunacaq.Layihənin rejissoru Piter Farrellidir. Ekran əsərində Entoni İppolito, eləcə də Stefan Ceyms kimi digər tanınmış aktyorlar da rol alıb. Filmin baxışı ilə bağlı bütün texniki işləri "Amazon MGM" şirkəti həyata keçirəcək. "Mən Rokki rolundayam" adlanan yeni filmin nümayiş tarixi açıqlanmayıb.Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.