“Azərbaycan itkin düşmüş insanlarla bağlı mövqeyini nümayiş etdirib”.
Bunu Beynəlxalq İslam Universitetinin nümayəndəsi Məhəmməd Naqib Eyşən Can “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
O bildirib ki, Ermənistan bu işdə Azərbaycanla əməkdaşlıq etməli, itkin düşən şəxslərin yerinin müəyyən edilməsinə yardım etməlidir:
“Onlar itkin düşən şəxslər və kütləvi məzarlıqların yerini deməlidir. Əks halda bu, beynəlxalq hüququn pozulması ilə nəticələnə bilər. Ermənistan bu addımı atmasa, beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb oluna bilər”.